?Xalq Ulduzu?nun iztirakçısı tutuldu

img

28-09-2011 [01:15]


Bakı şəhər Baş Polis İdarəsi paytaxtda törədilmiş oğurluq hadisəsi ilə bağlı məlumat yayıb. Verilən məlumata görə, iyulun 24-də Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yaşayan İlkin Yusifovun mənzilindən açıq qapıdan keçməklə 60 min manat və 20 min ABŞ dolları oğurlanıb. Suraxanı rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səfa Məmmədov sentyabrın 27-də yaxalanıb. Qeyd edək ki, oğurluğu törədən S.Məmmədov ?Xalq Ulduzu? musiqi yarışmasının iştirakçısı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA