Qonzu qonzuya səkkiz bıçaq zərbəsi

img

14-11-2011 [11:23]


Lənkəran rayonunda qonşular arasında mübahisə sonradan bıçaqlanma hadisəsilə nəticələnib. Gərmətük qəsəbəsində baş verən hadisədə qonşu qonşuya səkkiz bıçaq vurub. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Rövşən Rəşidovun verdiyi məlumata görə, qəsəbə sakini, 18 yaşlı Peyman Xanlar oğlu Vəlizadə şəxsi münaqişə zəminində qonşusu, 33 yaşlı Sadiq İltifat oğlu Bədəlovu bıçaqlayıb. Səkkiz bıçaq zərbəsi alan S.Bədəlov Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. İlkin araşdırmalardan sonra məlum olub ki, qonşuların münaqişəsinə 2 il bundan əvvəl baş verən oğurluq hadisəsi səbəb olub. Belə ki, 2009-cu ilin noyabr ayının 29-da Peyman Vəlizadə Sadiq Bədəlovun evdə olmamasından istifadə edərək, onun tövləsindən 2 baş qoyununu oğurlayıb. Hadisədən 6 ay sonra isə oğurluğun Peyman tərəfindən törədildiyi sübuta yetirilib. Həmin vaxtdan qonşular arasında küsülülük gizli ədavətə çevrilib. Bıçaqlanma hadisəsi baş verən günün axşamı Peyman Sadiqə zəng edərək ona sözü olduğunu və həyətdə gözlədiyini bildirib. Sadiq həyətə düşüb, 5 dəqiqə sonra onun qan içində küçədə uzandığı barədə xəbər gəlib. Bundan sonra qonşuların köməyi ilə yaralı təcili xəstəxanaya çatdırılıb. Hadisəni araşdıran müstəntiqin bildirdiyinə görə, cinayəti törədən şəxs hadisə yerindən qaçaraq gizlənib. Onun istifadə etdiyi bıçaq maddi sübut kimi hadisə yerində tapılaraq götürülüb. Hazırda cinayəti törədən şəxsin tutulub istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA