2 aprel məhbuslarından birinin cəzası azaldılıb

img

19-10-2011 [02:40]


Məhkəmə xəstəliyini nəzərə alaraq Elşən Həsənovun cəzasını 1 il azaldıb. Sahib Kərimov və Zülfüqar Eyvazlının üzərindən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə ittihamı götürülüb. Məhkəmənin qərarı ilə Elnur İsrəfilov və Arif Alışlı dəymiş ziyana görə 1325 manat cərimələniblər. Avqustun 25-də Səbail rayon Məhkəməsi Arif Alışlını 3 il, Elnur İsrafilovu 2 il 6 ay, Sahib Kərimov və Elşən Həsənovu 2 il, Zülfüqar Eyvazlı və Babək Həsənovu 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub. Onların 13-nə azadlıqdan məhrumetmə, 1-nə şərti həbs cəzası verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA