Qusarda 10 nəfərdən ibarət cinayətkar dəstə saxlanıldı - Polis əməliyyatı + FOTO

img

06-09-2018 [17:21]


Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində müxtəlif vaxtlarda cinayət törədən 10 nəfərdən ibarət cinayətkar qrupun üzvlərini saxlayıb.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, həmin qrup tərəfindən 2015-ci ildən hazırkı dövrədək rayon ərazisində 17 oğurluq və 1 quldurluq hadisəsi törədilib.

Həmin qrupun 3 üzvü - Şıxzada Şıxıyev, Nadim Ağaxanov və əvvəllər məhkum olunmuş Bəhruz Nurullayev 2015-ci ilin mart ayında maskalanaraq Qusar şəhər sakini Quliyev Bəhruz İskəndər oğluna məxsus evə qanunsuz daxil olublar. Onlar bıçaqla ev sahibinə və ailə üzvlərinə hədə-qorxu gələrək Bəhruz Quliyevi əlindən yaralayıblar. Cinayətkar dəstə evdən 500 manat pul və qızıl-zinət əşyaları aparıblar.

Cinayətkar qrupun üzvləri tərəfindən ayrı-ayrı vaxtlarda törədilən oğurluq və quldurluq hadisələri nəticəsində vətəndaşlara, ümumilikdə, 100 min manata yaxın maddi ziyan vurulub.

Dəstənin 7 üzvü barəsində barəsində həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR