Daz karxanasında fəhlə tikə-tikə oldu

img

11-11-2011 [12:44]


Bu gün Bakıda fəaliyyət göstərən daş karxanalarından birində dəhşətli hadisə baş verib. Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, saat 02 radələrində Qızıldaş qəsəbəsi yaxınlığında yerləşən mişar daşı karxanasında, orada işləyən Şamaxı rayon sakini, 1967-ci il təvəllüdlü Sailov Tofiq Aslan oğlu daş kəsən kombaynın valının arasına yıxılıb. Nəticədə 44 yaşlı kişi fəaliyyətdə olan valın arasında qalıb və onun bədəni bir neçə parçaya bölünüb. Hadisə yerində ölən kişi 3 uşaq atası olub. Faktla əlaqədar araşdırma aparılır. Qeyd edək ki, son bir ildə daş karxanalarında baş vermiş bu tip hadisələr nəticəsində 10 nəfərə yaxın insan həyatını itirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA