izadamının oğlu satıcısının bazını kəsdi

img

29-09-2011 [11:52]


Şirvan şəhərində qətl hadisəsi baş verib. Şəhər Prokurorluğundan Milli.az-a verilən məlumata görə, qanlı hadisə sentyabrın 28-də saat 20:00 radələrində törədilib. Şəhər sakini olan 33 yaşlı Mehman Mirzəyev "Sevinc" marketdə satıcı işləyən 53 yaşlı Emil Əliyevin boğazını kəsib. Yaralı xəstəxanaya çatdırılsa da, orada keçinib. Qətli törədən Mehman Mirzəyev ?Sevinc? marketin sahibinin oğludur. Qətlin hansı səbəbdən baş verməsi hələ də qaranlıq qalıb. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA