Azərbaycanlı dünya çempionu Rusiyada həbs edildi

img

19-10-2011 [04:26]


Rusiyanın paytaxtı Moskva şəhərində uşu-sanda üzrə ikiqat dünya çempionuolan azərbaycanlı Canpolad Budaqov saxlanılıb. Çempion Samara şəhərində polis işçisini öldürməkdə şübhəli bilinir. Saxlanıldıqdan sonra Canpolad Budaqov qətli törətdiyini etiraf edib. C.Budaqov polislə münaqişə zəmininə hüquq-mühafizə orqanı əməkdaşının qarın nahiyəsinə ölümcül xəsarət yetirib. Qeyd edək ki, uşu-sanda üzrə çempion və bir müddət yığma komandamızın da məşqçisi olmuş Canpolad Budaqov bu ilin yanvar ayında dələduzluq maddəsi ilə Azərbaycanda da axtarışda idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA