Salyanda qətl - 28 yaşlı oğlan güllələndi

img

01-09-2018 [17:53]


 Salyan rayonunda 28 yaşlı oğlan güllələnib.

Hadisə bu gün rayonun Seyidsadıqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Səmədzadə Elgün Alik oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu güllə ilə vuraraq ağır yaralayıb. Yaralı doğmaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR