Bakıda yeznə arvadı ilə qayınanasını bıçaqladı - Biri öldü, digəri isə...

img

29-08-2018 [22:56]


Bakıda yeznə arvadı və qayınanasını bıçaqlayıb.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər ki, hadisə bu gün günorta saatlarında Nərimanov rayonunda, "Çermet” adlanan ərazidə baş verib.

Arvadı ilə mübahisə edən kişi ailə münaqişəsi zəminində ona və qayınanasına çoxlu sayda bıçaq zərbəsi vurub. Onun qayınanası xəstəxanaya aparılarkən yolda vəfat edib, arvadının isə vəziyyəti ağır olaraq qalır. Onların birgə nikahdan 3 aylıq uşağı var.

Qətli törədən yeznə saxlanılıb. Ailə üzvlərinin şəxsiyyəti müəyyənləşdirilir.

Nəriman Rayon Polis İdarəsindən məlumatı təsdiqləyiblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR