Şəmkirdə toy karvanında hərəkət edən mikroavtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 14 nəfər yaralanıb

img

28-08-2018 [16:27]


Şəmkir rayonunda qəzaya uğrayan mikroavtobusun sürücüsü hadisə yerində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza rayonun "Yasamal aşırımı" adlanan ərazisində baş verib. 

Hadisə nəticəsində 14 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobus toy karvanında hərəkət edirmiş.

Digər xəbərlər
SON XƏBƏRLƏR