DİN-dən 4 nəfərin ölümü, 5 nəfərin yaralandığı qəza ilə bağlı - Açıqlama

img

25-08-2018 [17:40]


Daxili İşlər Nazirliyi (DİN) Göyçayda dünən baş verən ağır yol qəzası ilə bağlı açıqlama yayıb.

Nazirlikdən Mia.az-a daxil olan məlumata görə, avqustun 24-də saat 23 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Aqşin Abdullayevin idarə etdiyi "Mercedes” və Ənvər Əhmədovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Əhmədov və sərnişinlərindən Ramil Salmanov, onun arvadı Gülnar, oğlu Azər hadisə yerində ölüb, digər 5 sərnişini, habelə A.Abdullayev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR