Bakıda Çay evi yanıb - FHN-dən açıqlama

img

05-08-2018 [12:44]


Bakıda Çay evi yanıb.

Mia.az FHN-ə istinadən bildirir ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 640 m² olan tikilinin (çay evi kimi fəaliyyət göstərir) ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ümumi sahəsi 300 m² olan evin 3 ədəd plastik pəncərə çərçivəsi əriyib.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR