Məhbus ailələri bəyanat verdilər

img

26-10-2011 [02:43]


Said Dadaşbəylinin işi üzrə İctimai Müdafiə Komitəsi həmin iş üzrə həbs olunan 10 nəfərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, S.Dadaşbəyli və onun dostları xeyriyyə fəaliyyəti göstərsələr də, saxtakarlıq yolu ilə onlar 2007-ci ilin yanvar ayında cinayət işinin qurbanlarına çevriliblər: ?Saxta ittihamla ittiham olunan ?cinayətkar birliyin?in rəhbəri kimi təqdim edilən Said bir neçə xarici diplomu olan ali təhsilli, qərb mentalitetli, uzun illər qərb neft şirkətində işləyən və işlədiyi müddətdə insanların hörmətini qazanan insandır. Onunla birlikdə həbs olunanlarda ali təhsilli, bir neçə xarici dilləri bilən, və Bakıdakı neft şirkətində işləyən şəxslərdir. Bu insanlar hamısı Azərbaycanlı olaraq, azərbaycanlıların ənənəvi dini olan İslama mənsubdur. Lakin bu onların qərb və avropa həyat tərzinin və dəyərlərinin tərəfdarları olmaqlarına mane olmurdu. Əksinə, onlar neft şirkətində işləyən xariclər kimi düşünürdülər. Hesab edirdilər ki, müsəlman olan azərbaycanlılar da qərb həyat tərzini və mentalitetinə uyğun yaşamalıdır. Çünki Azərbaycan Avropanın bir hissəsidir və həmçinin onun üzvüdür?. Bəyanatda qeyd edilir ki, S.Dadaşbəyli və onun dostları boş vaxtlarında kafelərdə, çay evlərində görüşüblər: ?Onların əsas söhbətləri işlədikləri avropalıların qərb həyat tərzinin üstünlüyünün bir-biri ilə bölüşməkdən ibarət idi. Arzuları hər bir azərbaycanlının gələcəyini müsəlman olmaqla yanaşı, avropa mentalitetinə yaxın görmək olub. Ehtimal olunur ki, Said Dadaşbəyli və digərlərinə qarşı açılan və saxtalaşdırılan cinayət işinin əsas səbəbi onların qərbə meylli olmaları olub. Bu barədə məhkəmə hökmündə və məhkəmə protokollarında şərh edilib. Azərbaycan əhalisinin xeyli hissəsi İslam dininin şiə təriqətinə mənsubdurlar. Şiə məzhəblərinin dini rəhbərliyini qədimdən İrandakı dini mərkəzlər və ruhanilər idarə edib. Azərbaycanın dindarları və mollaların çoxu öz təhsillərini İranda alıb və almaqdadır. Dini kitabların əksəriyyəti də Azərbaycana İrandan gətirilir. Azərbaycanın güc strukturlarında çoxlu şiə təriqətinin yolunu gedən və şiə namazını qılan işçilər var?. Bəyanatda S.Dadaşbəylinin məmurların qurduqları cinayət işinə görə tutulduğu qeyd edilir: ?Hesab edirik ki, Said və dostları İrandakı radikal islamı qruplarını, islam rejimlərini tənqid etdiklərinə, qərb dəyərlərinin tərəfdarları olduqlarına görə məmurlar tərəfindən saxta cinayət işi qurularaq dəstə adı altında onları cəzalandırılıblar. Said və dostu Mikayıl İdrisov iş yoldaşları olan amerikalılar və avropalılarla yaxından ünsiyyətdə idilər. Bu xarici insanlar öz istirahət günlərini kilsələrə ziyarətə getməklə, xeyriyyəçilik edərək kimsəsizlərə əl tutmaqla keçirirdilər. Said və dostlarında da bu həvəs yarandı. Said və dostları öz xanımları ilə birlikdə uşaq evlərinə getməyə, yetimlərə qayğı göstərməyə başladılar. Onlar dəfələrlə Ramanıdakı uşaq evinə, Maştağadakı psixi xəstə uşaqlar xəstəxanasına gedərək, ora yemək, ərzaqlar, şirniyyat, meyvə və sair ərzaq məhsulları aparıblar. Amma onlara qarşı cinayət işi qaldırılaraq xeyirxahlıq fəaliyyətləri cinayətkar birliyin fəaliyyəti kimi qiymətləndirildi?. Bəyanatda bildirilir ki, istintaq zamanı S.Dadaşbəyliyə qarşı qaldırılan cinayət işində müstəntiqlər onun və dostlarının tanımadığı şəxsləri də işə qoşub və uydurulmuş Said Dadaşbəylinin dəstəsi ad veriblər. ?Bu işin qurbanlarına saxta dövlət çevrilişi, vətənə xəyanət digər ittihamlarla 12-14 il cəza çəkməyə məhkum ediliblər. Said Dadaşbəyli və onunla yanaşı tutulan insanların heç birinə cəsusluq və terrorçu maddələri verilməyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA