Məcburi köçkün özünü güllələdi

img

26-10-2011 [11:25]


Göranboy rayonunda məcburi köçkün özünü öldürüb. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün kimi Qaraçinar kəndində məskunlaşan 26 yaşlı Zahid Abdullayev özünü təklüləli ov tüfəngi ilə gülləyib. Mərhumun qan içərisində olan meyiti yaşadığı evin həyətindəki gül bağında aşkarlanıb. Z.Abdullayevin özünü hansı səbəbdən öldürməsi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA