Bakı-Qazax yolunda avtobus qəzası: ölən və yaralanan var

img

24-10-2011 [05:14]


Bu gün təxminən saat 16:00 radələrində Kürdəmir rayonun girəcəyində ağır yol-nəqliyyat hadisəsi olub. Hadisə şahidlərinin verdiyi məlumata görə, Bakı-Qazax istiqamətində hərəkət edən sərnişin mikroavtobusu yol kənarındakı dəmir plakata çırpılıb və avtomobil aşıb. Verilən məlumata görə, qəzaya səbəb mikroavtobusun qarşısına çıxan 2 uşağı vurmamaq üçün maşını kənara çəkməsi olub. Şahidlərin sözlərinə görə, hadisə nəticəsində azı 2 nəfər ölüb, 8 nəfər yaralanıb(anspresss).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA