Ana və qızı Abzeronda dərmandan, Sumqayıtda isə qazdan zəhərləndi

img

19-11-2011 [01:11]


Abşeronda iki qadın dərmandan zəhərlənib. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Abşeron rayon sakinləri Samirə Şərbətova və Havva Nəsirova öz evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Qadınların vəziyyətləri orta-ağırdır. Ötən gün daha iki nəfər dəm qazından zəhərlənib. Bunlar Sumqayıt şəhərinin N.Z.Tağıyev qəsəbə sakinləri Sevda Aslanova və onun qızı Lalə Mehdiyevadır. Evlərindən dəm qazından zəhərlənən ana-bala xəstəxanaya gətirilib, vəziyyətləri qənaətbəxşdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA