Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin olunub - Açıqlama

img

09-07-2018 [11:51]


Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin olunub.  

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov "Report”a bildirib ki, Gəncə Dövlət Filarmoniyasının direktoru Samir Cəfərov nazirliyin rəhbərliyinə müraciət edərək yaradıcılıq fəaliyyətinin davam etdirilməsi, genişləndirilməsi səbəbi ilə vəzifəsindən azad olunmasını xahiş edib: "Nazirlikdən məsələyə baxılıb və o, vəzifəsindən azad olunub”.

İ.Hümbətov əlavə edib ki, Gəncə Dövlət Filarmoniyasına yeni təyinat olub: "Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin bədii rəhbəri Elçin Emin oğlu Elçiyev müvafiq təqdimata uyğun olaraq, Gəncə Dövlət Filarmoniyasının direktor müavini təyin edilib. Hazırda kollektivə müvəqqəti olaraq rəhbərliyi direktor müavini həyata keçirir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA