28-06-2018 [13:46]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Mia.az "Report"a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə V.İbrahimovla E.Şirinov özlərini qismən, digər iki şəxs - V.Həsənovla Y.İsmayılov isə özlərini təqsirli bildiklərini deyib.
Daha sonra təqsirləndirilən E.Şirinov vəkili Ceyhun Yusifovla birgə vəsatət qaldırıb. E.Şirinov bildirib ki, Nəsimi rayon ərazisində 3-4 min manat dəyərində qızıl-zinət əşyası oğurlayıb, lakib istintaq orqanı məbləği 51 min manata çatdırıb: "Əslində zərərçəkmiş Aydın Mövlayev deyil, onun oğludur. Buna görə də cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyirik".
Vəsatət baxılmamış saxlanılıb.
Prosesdə zərərçəkmiş Aydın Mövlayev ifadə verib. O söyləyib ki, Nəsimi rayonu ərazisində yerləşən evindən oğurluq edilib: "Oğlum zəng etdi ki, evə giriblər. Evə çatanda yataq otağının darmadağın olduğunu gördüm. Pəncərəni açıq qoyub getmişdik deyə, onlar da oradan daxil olub. Tez polisə məlumat verdik. Pul evdə döşəyin altında idi".
Zərərçəkmiş dindirilən zaman vurğulayıb ki, evindən qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 51 min manat pul aparılıb. O, pulunu tələb etdiyini deyib: "Yoldaşımla qardaşımgilə qonaq gedən zaman blokun qarşısında üzünü dəqiq xatırlamadığım təqsirləndirilən şəxslərdən birini görmüşdük".
Vəkil C.Yusifov zərərçəkmişə sual verərkən deyib ki, A.Mövlayev ilkin ifadəsidə qızıllarının Mingəçevirdə qaldığını söyləyib.
A.Mövlayev isə belə bir ərizə yazmadığını qeyd edib. O, qızıl-zinət əşyalarını 1985-ci ildən 2016-cı ilə qədər aldığını bildirib: "Hadisədən sonra "Moskva univermağı"na gedib, qızılların qiymətini hesablatdıq".
Vəkil C.Yusifiov A.Mövlayevin həyat yoldaşını əlavə şahid qismində dindirilməsini tələb edib. Lakin dövlət ittihamçısı etiraz edərək bildirib ki, əsas şahidlər ifadə verəndən sonra qadın dindirilsin.
Məhkəmədə təqsiləndirilən V.İbrahimov ifadəsində Nərgiz Abdullayevaya qarşı soyğunçuluq etmədiyini deyib: "Həmin zaman evdə olmuşam".
O, istintaq dövründə fiziki təsir altında qaldığını bildirib: "İqbal Xəlilovun evinə pəncərədən daxil olmuşam, lakin oradan heç nə aparmamışam. Gülbikə Əhmədovanın evində olmamışam. Aydın Mövlayevin evinə oğurluğa Emin Şirinovla getmişəm. Oradan yalnız 4 min manat dəyərində qızıl-zinət əşyası apardıq. Evdə pul olmayıb. Qızılları da Binəqədi ərazisində yerləşən gecə klubunda tanış olduğum Tural adlı şəxsə satmışam. Emil isə həmin şəxsi uzaqdan gördü".
V.İbrahimov ifadəsində İlham Həsənovla Türkan İbadovanın evindən qızıl-zinət əşyası oğurladığını etiraf edib. O, həmin qızılı "Moskva Univermağı"nda 900 manata satdığını söyləyib.
İttiham aktına əsasən, Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılov Bakı şəhər Nəsimi rayon ərazisində yerləşən evlərdən oğurluq etməkdə təqsirli bilinirlər. Onlar Aydın Mövlayevin qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 51 min manat, İlham Həsənovla Türkan İbadovanın 9470 manat, Gülbikə Əhmədovanın 6890 manat, İqbal Xəlilovun 3850 manat, Rauf Əliyevin 5300 manat və Nərgiz Abdullayevanın isə 2050 manat pulunu oğurlayıblar.
Daha sonra həbs edilən şəxslər barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, A.Mövlayev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır. S.Mövlayev bu il may ayının əvvəlində nazir İnam Kərimovun əmri ilə "Aqrolizinq" ASC-yə sədr təyin edilib.
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb