FHN Maztağadakı yanğınla bağlı məlumat açıqlayıb

img

14-10-2011 [04:24]


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Maştağa qəsəbəsində baş verən yanğınla bağlı məlumat açıqlayıb. Nazirliyin saytının verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb, hadisə zamanı evdə olan 7 nəfər, o cümlədən 3 azyaşlı uşaq və 1 nəfər yaşlı qadın tüstüdən zəhərlənib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən həmin şəxslər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və yaxınlıqdakı tikilər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA