Bakıda avtobusla ?VAZ-2107? toqquzdu: 4 ölü

img

17-10-2011 [11:44]


Bakının Nəsimi rayonu ərazisində 202 saylı marşrut avtobusu ilə ?VAZ-2107? markalı avtomobil toqquşub. Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində ?VAZ-2107? markalı avtomobildə olan 4 nəfər həlak olub. Hadisə Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin küçələrinin kəsişməsində, Mərkəzi Bankın yanında baş verib. Bakı şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə, 3 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. "1news" saytının məlumatına görə, ölən 4 nəfərdən biri dayanacaqda avtobus gösləyən qız olub. Digər 3 nəfər isə "BAZ 2107"nin sərnişinləri olublar. Onlardan birinin Türkiyə vətəndaşı olduğu deyilir. İlkin məlumata görə, qəzaya səbəb "VAZ 2107"nin svetoforun qırmızı işığında keçməsi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA