20-06-2018 [17:07]
Gənc müğənni Səttar Rizvanoğlunun Demokrat.Az xəbər portalına müsahibəsi:
- Səttar, sosial şəbəkələrdə videolarını görürük və yetərincə də baxış sayı var. İstərdim əvvəlcə özünüz barədə məlumat verəsiniz...
- 1992-ci ilin dekabr ayının 14-də Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olmuşam. 1993-cü ilin aprelində rayonumuz işğal olundu. İstərdim ki, digər məqamlara toxunmazdan əvvəl bir hadisəni danışım.
- Buyur...
- Kəlbəcərdən çıxanda mənə görə süd götürüblər, necə olubsa, süd maşında dağılıb. Məcburən Murovun qarını şəkərə qatıb mənə veriblər ki, acından ölməyim. Sonradan səhhətimdə o qarın təsiri özünü göstərib, beş yaşıma qədər yeriməmişəm, raxid olmuşam. Akademik Adilə Namazovanın sayəsində ikinci dəfə həyata qayıtmışam. 2008-ci ildə Bülbül adına məktəbdə xalq artisti Arif Babayevin sinfinə daxil oldum və Milli Konservatoriyaya qəbul oldum. 2014-cü ildə isə Konservatoriyanın magistr pilləsinə daxil oldum. Bakalavr pilləsində Qaraxan Behbudovun, magistraturada xalq artisti Ağaxan Abdullayevin tələbəsi olmuşam.
- Sizi Gəncəbasar bölgəsində daha çox toy ifaçısı kimi tanıyırlar. Amma tam ali təhsilli xanəndəsiniz. Sırf toylarla kifayətlənməyinizin səbəbi nədir?
- Xanəndəlik təhsili alsam da, hansısa muğamın şöbə və ya guşəsini bilməyə bilərəm. Amma xanəndə olaraq çoxlarından yaxşı bilirəm.
- Kimlərlə tələbə yoldaşı olmusunuz?
- Muğam müsabiqəsinin iştirakçısı Könül Xəlilzadə, Ariz Hüseynovla tələbə yoldaşı olmuşuq. Şamaxıdan Fərhad Allahverdiyev adlı tələbə yoldaşım var. Çox üzdə olmasa da, Beynəlxalq Muğam Müsabiqəsində iştirak edib, güclü səsdir, güclü ifaçıdır.
- Ağaxan Abdullayev son illər səhhətiylə bağlı konservatoriyaya gedə bilmirdi...
- Bəli. o gələ bilmədiyinə görə əməkdar incəsənət xadimi Hacı Aqil Məlikovdan dərs alırdıq. Qəzənfər Abbasovun da dərslərində olmuşam.
- Kəlbəcər aşıq məktəbi də çox məşhurdur...
- Mənim səsim də aşıq ifaçılığına yaxındır, müəyyən qədər də sazda ifa edə bilirəm. Ümumiyyətlə, sənətə gəlməyimin qəribə tarixçəsi var. Mingəçevir şəhərində 2000-ci ildən məskunlaşmışıq. Atam sərt xasiyyətlidir, təhsilə diqqət yetirəndir. O vaxt biz yaşadığımız ərazidə hind quşu (hinduşka) saxlayırdıq. Məktəbdən gələndən sonra dərslərimi oxuyub, hinduşkalarımızı otarmağa aparırdım. Burada Ağdam Qiyaslı kənd 7 illik musiqi məktəbində Ziyadxan Abbasov adlı müəllim vardı, Allah rəhmət eləsin. Günlərin birində hinduşka otaranda oxuyurmuşam, səsimi eşidib. "Qaçaq Nəbi" kinosundakı mahnını və "Bəh-bəh" adlı xalq mahnısını oxumağı xoşlayırdım. Gəldi atama dedi ki, yaxşı səsi var, ritmi də yaxşıdır, bu uşağın istedadını batırmayaq, musiqi məktəbinə yazdıraq. Orada Ziyadxan Qədimov adlı çox güclü bir xanəndənin sinfində təhsil aldım, Mingəçevirdə müsabiqə qalibi oldum.
- Hansı müsabiqə?
- Mingəçevir televiziyasının təşkil etdiyi "Cazibə" istedad sorağında müsabiqəsində əvvəlcə ikinci, sonra birinci yeri tutdum. Ardınca şəhər üzrə bütün musiqi məktəbləri arasında "Dəli Kür" müsabiqəsi keçirildi və o müsabiqənin də birincisi oldum.
- "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri də əslən Kəlbəcər rayonundandır. Bilirik ki, o, həm də Kəlbəcərin deputatıdır və kəlbəcərlilərə qarşı yetərincə diqqətlidir, istedadlı insanlara bacardığı qədər kömək edir. Sənətinizi üzə çıxarmaq, təqdim etmək mənasında ondan dəstək istəmisinizmi?
- Cavid Qurbanov Kəlbəcəri Milli Məclisdə çox gözəl təmsil edir, kəlbəcərlilər üçün çox işlər görür. Kəlbəcər Azərbaycanın ən böyük üç rayonundan biridir. Təəssüf ki, hər yerin yaxşısı və pisi var. Biz özümüz Mollabayramlı kəndindənik. Bülbül adına məktəbdə oxuyanda onun qəbuluna getdik, müəyyən səbəblərə görə qəbul etmədi.
- Hansı səbəblər?
- Köməkçiləri onun qəbuluna düşməyimizi əngəllədilər. Görünür, Kəlbəcərdən çox insan müraciət edir deyə, vaxtı olmayıb.
- Gəncəbasar regionunda üzdə olan müğənnilər öz qiymətlərini qoyublar. Mən elə də böyük qiymətə toya getmirəm. Gəncədə toya 100-150 manata, Şəmkirə, Tovuza 300-400-ə gedirik.
- Məşhur sənətçilərlə toya düşürsünüz?
- Bəli.
- Necə davranırlar?
- Sadə olanları da var, özünü yekə aparanları da. Manaf Ağayev çox sadədir, hər kəsə hörmətlə yanaşır. Mən tanınmış olmasam da, məclisə gələndə qarşılıqlı şəkildə səmimi ünsiyyət qurur. Estradadakı xanım ifaçılar isə nisbətən soyuqqanlıdırlar.
- Məsələn?
- Sevda Yəhyayevanı şəxsən tanımıram. Amma toya gələndə tanınmayan həmkarlarıyla daha yaxşı davrana bilər.
- 10-15 minə toya gedən təhsilsiz müğənnilər var. Bu qiymətləri eşitmək sizə necə təsir göstərir?
- Düşünürəm ki, mən də elə ola bilərdim. Amma bu şərtlər altında o səviyyəyə çatmaq uzun məsələdir. Azərbaycanda öz sənətiylə qabağa gedən sənətçi azdır. Xanımların çoxunun necə qabağa getdiyi məlumdur.
- Deyilənə görə bəzi xanım sənətçilər bölgələrə həm toya gəlirlər, həm də sevgililəriylə görüşməyə...
- Mən də elə şeylər eşitmişəm. Bu arada deyim ki, Xatunun da xasiyyətini çox bəyənirəm. Həmkarlarına qarşı çox istiqanlıdır.
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub