Nazir kütləvi zəhərlənmənin baş verdiyi rayona gedir

img

19-06-2018 [15:31]


Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün 50-yə yaxın pambıqçının zəhərləndiyi İmişli rayonuna gedir. 

Bu barədə Mia.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Nazir hadisə baş verən ərazidə olacaq və zəhərlənən sakinlərlə görüşəcək. 

Qeyd edək ki, pambıq sahəsində 50-dən çox fəhlənin zəhərləndiyi bildirilsə də, rəsmi rəqəmlər hələ açıqlanmayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR