16-06-2018 [15:58]
"Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Dövlət Yol Polisinin rəhbərliyi ilə Milli Məclisin deputatları arasında görüş keçiriləcək. Hələ ki bu görüş planlaşdırılmayıb. Məlumatım da yoxdur. Olsaydı, xəbərim olardı. Çünki dəfələrlə Milli Məclisin plenar və komitə iclaslarında yol polisi-deputat münasibətlərinə toxunulub. Təəssüf edirəm ki, bəzəm bu məsələ sosial şəbəkələrdə elə qələmə verilir ki, guya deputatlar özlərinə imtiyaz tələb edirlər. Burada əsas məqsəd imtiyaz tələb etmək deyil. Sadəcə olaraq, burada söhbət Konstitusiyadan və "Deputat statusu haqqında” Qanundan irəli gələn məsələlərdən gedir”.
Mia.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib. O bildirib ki, heç zaman deputatın hansısa imtiyaz sahibi olmağına tərəfdar deyil:
"Mən ümumiyyətlə toxunulmazlığın da tərəfdarı deyiləm. Ancaq bu, qanunda göstərilibsə, yerinə yetirilməlidir. Yol polisi "Deputatın statusu haqqında” qanunda nəzərdə tutulan halları yerinə yetirməlidir. Adətən yol polisi əməkdaşları Konstitusiya və "Deputat statusu haqqında” qanunla maraqlanmırlar. Onlar əsasən, İnzibati Xətalar Məcəlləsinə istinad edirlər. Yol polisi əməkdaşları bilməlidir ki, deputatın avtomobili dayanacağa aparıla bilməz, deputatın özü və ailəsi, ona məxsus əşyalar, maşını axtarışa məruz qala bilməz. Ola bilər ki, deputat pisdir. Amma söhbət ondan gedir ki, deputat müəyyən seçiciləri təmsil edir. Onun aşağılanması statusuna və nüfuzuna zərər vurur”.
T.Kərimli qeyd edib ki, deputatdan qat-qat aşağı səlahiyyətli nümayəndələr var ki, məsələn, icra hakimiyyətlərinin nümayəndələri yol polisin qarşısından 100-lə də keçsə, ona "çest” verirlər:
"Halbuki, onların heç birinin toxunulmazlıq statusu yoxdur. Amma deputatın, hakimin belə bir statusu olsa da, hörmət göstərilmir. Niyə? Çünki deputatın əlində elə bir səlahiyyət yoxdur ki, kimisə işə götürsün. Ona görə də bəziləri deputatı sanki bilərəkdən aşağılayırlar. Bəzi ölkələrdə Dövlət Yol Polisi İdarəsi ləğv edilib. Ancaq bizdə mentaliteti nəzərə alaraq, mən bu qurumun ləğvinin tərəfdarı deyiləm. Onlar olmasa yol-hərəkəti qaydaları daha çox pozular. Çünki biz qaydanı pozmağa öyrənmişik”.
Deputat deyib ki, adətən işə piyada gedib-gəlir: "Amma Milli Məclisə və ya dövlət tədbirlərinə gedən zaman avtomobildən istifadə edirəm. Düşüb aşağıda gözləyirəm ki, maşına oturmağa 1 saniyə gecikməyim ki, yoxsa yol polisi maşının şəklini çəkəcək və ya etiraz edəcək. Amma yanımda filankəsə məxsus maşın dayanır, ona bir söz deyən də yoxdur . Deputat bu qədər zəifdir? Mən 1990-cı illərdə deputat olarkən istənilən vəzifəli şəxs deputatın hörmətini saxlayırdı. Bilirdilər ki, deputat onun məsələsini Milli Məclisdə qaldıra bilər. Bəs indi niyə belədir? Bu nə deməkdir? Qətiyyən aşağılanmaya yol vermək olmaz”.
T.Kərimli bildirib ki, əgər deputat qaydanı pozursa, bununla bağlı özünə və Milli Məclisə təqdimat göndərilməlidir: "Milli Məclisin İntizam Komissiyası buna baxa bilər . Deputat haqqında sərt tədbirlər görülə bilər. Bunu ancaq Milli Məclis edə bilər. Hansısa, yol polisi əməkdaşı deyil”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə