Azərbaycan və Monteneqro prezidentləri təkbətək görüzüb

img

16-09-2011 [11:37]


Bu gün Azərbaycan Respublikasında rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviçin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib. Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Monteneqro Prezidentinə raport verib. Monteneqronun və Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Monteneqro Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Filip Vuyanoviçə, Monteneqro nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.Prezidentlər rəsmi foto çəkdiriblər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin təkbətək görüşü olub. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb. Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib. Dövlət başçıları beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA