"Əgər kart hesabınızda şübhəli əməliyyatlar, icazəsiz çıxarışlar..." - DİN-dən xəbərdarlıq

img

06-10-2025 [10:05]


"Bank kartları vasitəsilə dələduzluq halları, saxta zənglər və hesab məlumatlarının ələ keçirilməsi cəhdləri var. Fırıldaqçılar adətən özlərini bank əməkdaşı kimi təqdim edir, kart məlumatlarını və SMS-lə göndərilən təsdiq kodlarını ələ keçirməyə çalışırlar".

Mia.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu kimi hallarla qarşılaşdıqda dərhal polisə məlumat verilməlidir:

"Unutmayın ki, heç bir bank əməkdaşı sizdən PIN-kod, CVV, SMS təsdiq kodu və ya şəxsi məlumatlar istəmir. Əgər kart hesabınızda şübhəli əməliyyatlar, icazəsiz çıxarışlar, pul köçürmələri müşahidə etmisinizsə, dərhal 102 Zəng Mərkəzinə məlumat verin. Hər hansı şübhəli zəng, mesaj və ya keçid (link) aldığınız zaman reaksiya verməyin, heç bir məlumat paylaşmayın və dərhal polisə müraciət edin.

Tövsiyəmiz ondan ibarətdir ki, kart əməliyyatlarınızı mütəmadi olaraq yoxlayın, mobil tətbiqlərdə “bildiriş” funksiyasını aktiv saxlayın, rəsmi olmayan sayt və keçidlərə daxil olmayın, şübhəli hallarda yalnız bankın rəsmi nömrəsi ilə əlaqə saxlayın".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA