Pentaqon Azərbaycana 10 milyon dollar hərbi yardım ayırıb

img

01-09-2011 [01:42]


Pentaqon Azərbaycana 10 milyon dollar məbləğində hərbi yardım ayırıb. Bu yardım Pentaqonun ayırdığı 44 milyon dollarlıq yardım paketinə daxildir. Yardım ayrılmış ölkələr sırasında Tunis, Malta, Litva və Macarıstan da var. Paket Pentaqon təmsilçiləri tərəfindən bəyənilərək, Konqresə göndərilib. Vəsait ayrılmasında əsas məqsəd hərbi dəniz qüvvələrinin terrorla mübarizə imkanlarını gücləndirməkdir. Yardıma böyük olmayan katerlər, mühərriklər, təlimlərin keçirilməsi və s. daxildir. Qeyd edək ki, Pentaqon hər il 3-4 istiqamətdə hərbi yardımlar ayırır. Bu ilin 43 milyon dollarlıq ilk yardım paketi Əfqanıstandakı hərbi əməliyyatlar üçün NATO və onun müttəfiqlərinə ayrılıb. .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA