Son 5 ildə Azərbaycanın xarici borcu 2,6 dəfə artıb

img

12-08-2011 [03:53]


Azərbaycanın xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti ötən illə müqayisədə 0,7 faiz artaraq 8,1 faiz təşkil edib.Hələlik hökümət bunu təhlükəli hədd hesab etməsə də İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) ekspertlərinin araşdırmaları göstərir ki, xarici borcun qeyri-neft ÜDM-də payı daha çoxdur. Belə ki, ekspertlər bildirilər ki, 2010-cu ildə Azərbaycanda 41,6 milyon AZN (52,6 milyard dollar) ÜDM istehsal olunub. Deməli, qeyri-neft sektorunda istehsal 15,8 milyard dollar təşkil edib: ?Qeyri-neft sektorunda ümumi daxili məhsulun həcminə diqqət yetirsək görərik ki, 2011-ci ildə xarici borcun qeyri-neft sektoru üzrə ümumi daxili məhsulda payı 29 faizə çatıb və bu da strateji baxımdan risklidir?. İSİM ekspertləri qeyd edir ki, şəffaflıq və səmərəliliyin tam təmin olunmadığı şəraitdə müxtəlif layihələr üçün borcların alınması müsbət hal deyil: ?İqtisadiyyat uzun müddət ki neft və aşağı səviyyəli diversifikasiyadan asılıdır. Neft bumundan sonra xarici borcları azaltmaq məqsədilə sənaye sektorunu dəyişmək və kənd təsərrüffatında məhsuldarlığı artırmaq istiqamətində tədbirlər görülməlidir. Rəsmi mövqe odur ki, hazırda neftdən böyük miqdarda gəlir götürüldüyü vaxtda borcla bağlı narahatçılıqlar əsassızdır. Lakin neft gəlirlərinin 2014-cü ildən başlayaraq azalacağını nəzərə alsaq, nəticədə pul axını da dayanacaq. Belə halda borc Azərbaycan üçün əsas problemlərdən birinə çevriləcək?. Mərkəzin mütəxəssislərinin sözlərinə görə, hazırda məlum ehtiyyat səviyyələri və istehsal planlarında, Azərbaycanın neft və qaz gəlirlərinin 20 ildə kəskin azalacağı gözlənilir: ? Neft və qaz gəlirlərinin müvəqqəti olması narahatcılıq doğurur. Bununla belə, İSİM-in hesablamalarına görə, ümumi xarici borc özəl sektorun da borcları daxil olmaqla 10 milyard dollardan çox təşkil edir. ?Çox xərcləmə" meyli olduğundan, borclar ciddi şəkildə nəzarətdən çıxa bilər. Borclanma səviyyəsi post-neft dövründə borcların ümumi daxili məhsulun 100 faizinə çatmaq ehtimalını gözlənilən edir. Hətta bu rəqəm daha çox ola bilər. Mənfi təsirlərə heç bir ex-post cavab olmadığından gələcək borc riskləri haqqında qeyri-müəyyənlik var?. Bu arada rəsmi rəqəmlərə əsasən Azərbaycan Respublikasının borcu 2006 və 2011-ci illər arasında 2, 6 dəfə artmışdır. Xarici borcun həcmi 2006-cı ildə 1, 9 milyard dollar, 2007-ci ildə 2,4 milyard dollar, 2008-ci ildə 3,0 milyard dollar , 2009-cu ildə 3,4 milyard dollar, 2010-cu ildə 3,9milyard dollar və 2011-ci ilin birinci yarısında 4,5 milyard dollar təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:48 03.05.2025

Hərbçimiz vəfat edib

18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir