Abşeronda polis əməliyyatı: saxlanılanlar var

img

03-05-2025 [09:46]


Abşeronda polis əməliyyatı ilə saxlanılanlar var.

Mia.az xəbər verir ki, mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 10 nəfər saxlanılıb, “isti izlərlə” 6 cinayətin üstü açılıb.

Qanunsuz küçə ticarəti, avaralıq, dilənçilik və tüfeyli həyat tərzi keçirən şəxslər müəyyən olunub və xırda xuliqanlıqla əlaqədar 23 fakt aşkarlanıb.

Həmçinin əhali arasında aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan 21 ədəd silah-sursat könüllü polisə təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA