Novruz Məmmədov: "indi Medvedevin Sarkisyanla görüzü gözlənilir"

img

10-08-2011 [03:35]


?Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə əsas diqqət mərkəzində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları olub. Hər iki prezident mövqelərin daha da yaxınlaşdırılması istiqamətində danışıqların davam etdirilməsinin vacibliyini qeyd ediblər?. Bunu ANS-ə Prezident Adminstrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. ?Prezident İlham Əliyev danışıqlardan sonra Kazan görüşündə olduğu kimi dəfələrlə Ermənistan rəhbərliyinin yaxın dairələrin və diasporun imkanlarından istifadə edərək, danışıqların uğurla nəticələnməməsinin məsuliyyətini Azərbaycan tərəfinin üstünə atmasını onların qeyri-səmimiliyinin nümayişi olduğunu bildirib. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha prezident Dmitri Medvedevin nəzərinə çatdırıb. Eyni zamanda gözlənilir ki, Dmitri Medvedev ayrıca Ermənistan prezident ilə də görüşərək müzakirələr aparacaq?, - deyə Novruz Məmmədov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA