?WikiLeaks? Köçəryanın Ərdoğana yazdığı məktubu açıqlayıb

img

26-08-2011 [01:47]


Dünyanın diqqəti ərəb ölkələrində baş verən inqilablara yönəldiyi bir vaxtda qalmaqallı ?WikiLeaks? saytı açıqladığı amerikalı diplomatlara məxsus növbəti məxfi sənədlərlə yenidən gündəmə gəlib. Saytın nəşr etdiyi sənədlər arasında Ermənistanın keçmiş prezidenti Robert Köçaryanın Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana yazdığı məktub da var. ABŞ-ın Ermənistandakı səfiri Co Evansın 2005-ci il 28 aprel tarixində Vaşinqtona ünvanladığı sənəd Köçəryanın Ərdoğanın 1915-ci il qondarma erməni soyqırımının araşdırılması üçün tarixçilərdən ibarət komissiyanın yaradılmasına dair təklifi ilə əlaqədar olaraq Türkiyə baş nazirinə yazdığı cavab məktubundan ibarətdir. Əvvəllər, Köçəryanın məktubunun məzmunu ictimaiyyətə təqdim olunmuşdu, lakin mətn açıqlanmamışdı. Aşağıda məktubun tam mətninin tərcüməsini sizə təqdim edirik: ?Hörmətli baş nazir, Mən sizin məktubunuzu aldım. Həqiqətən, biz bir qonşu kimi sülh şəraitində yaşamaq üsullarını tapmaq üçün işləməliyik. Məhz münasibət qurmaq, sərhədləri açmaq və bununla belə iki dövlət və xalq arasında dialoqa başlamaq üçün ilk gündən biz sizə əlimizi uzatdıq. Məxsusi olaraq Avropa qitəsində mürəkkəb keçmişi olan qonşu ölkələr mövcuddur. Onlar dövlətlərarası fikir ayrılıqlarını hələ də müzakirə etmələrinə baxmayaraq, bu gün aralarında sərhədlər açıqdır və onlar normal münasibətlərə, diplomatik əlaqələrə, paytaxtlarda qarşılıqlı nümayəndəliklərə malikdirlər. Sizin keçmişə müraciət etmək təklifiniz əgər hazırki və gələcək zamanla uzlaşmırsa, o, səmərəli ola bilməz. Biz məhsuldar dialoq aparmaq üçün müvafiq və əlverişli siyasi mühit yaratmalıyıq. İkitərəfli münasibətlərin inkişafı hökumətlərin vəzifəsidir və bizim bu vəzifəni tarixçilərə vermək hüququmuz yoxdur. Məhz buna görə biz ölkələrimiz arasında ön şərt olmadan münasibətlərin qurulmasını təklif etmişik və yenə də edirik. Bu konteksdə, hökumətlərarası komissiya xalqlarımız arasında yaranan hər bir problemin onların həlli və aramızda razılaşmanın əldə olunması məqsədi ilə müzakirəsinə yardım edəcək. Hörmətlə, Robert Köçəryan?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA