Hüsnü Mübarək dəmir barmaqlıqlar arxasında

img

03-08-2011 [03:23]


Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin işi üzrə məhkəmə posesi başalayıb. Məhkəmə binasında təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılıb. 82 yaşlı Mübarək dəmir barmaqlılar arxasında onun üçün hazırlanmış çarpayıya uzanaraq prosesdə iştirak edir. Qəribə təsadüfdür ki, Mübarəkin mühakimə ediləcəyi bina bir müddət əvvəl "Hüsnü Mübarək adına Akademiya" adlanırdı. Məhkəmə prosesinin çox qısa çəkəcəyi, bir ay boyunca dinləmələrin aparılacağı və məhz bundan sonra hökmün oxunacağı proqnozlaşdırılır. Qeyd edək ki, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkə ölüm hökmü verilə bilər. Məhkəmənin önündə isə artıq Mübarək əleyhdarları ilə tərəfdarları arasında toqquşmalar baş verib. Polis bir-birini daşa basan və butulka atan tərəfləri güclə ayırıb. İlkin məlumatlara görə, 6 nəfər xəsarət alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA