Saakazvili: "Azərbaycan və Gürcüstanın düzməni hər iki dövlətimizin düzmənidir"

img

01-08-2011 [03:14]


Azərbaycan və Gürcüstanın həll edilməmiş münaqişlərlə bağlı ciddi problemləri var, Azərbaycan və Gürcüstanın hər bir düşməni hər iki dövlətin düşmənidir. Bizim gücümüz birlikdədir, bu nəinki sadə sözlərdir, bu, həqiqətdir". Gürcü prezident Mixail Saakaşvilinin bu sözləri "The Business Year" - "The Business Year - Azerbaijan 2011" jurnalının xüsusi nömrəsində çap olunub. Gürcüstan prezidentinin sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında birliyi pozmağa səy göstərənlər ikitərəfli strateji tərəfdaşlığa malik olan iki dövlətin milli maraqlarına qarşı çıxış etmiş olurlar. ?Gürcüstan və Azərbaycan bizim coğrafi vəziyyətimizi və ümumi tariximizi nəzərə alaraq bir-birinə arxa olmalıdır. Biz ümumi baxışları paylaşırıq və möhkəm əlaqələrə malikik. Əminəm ki, birliyimiz, yaxşı münasibətlərimiz və əldə edilən ümumi nailiyyətlərimiz sayəsində bizim ölkələrimiz daha yaxşı gələcək yara bilər?,- deyə Gürcüstan dövlət başçısı qeyd edib. Birgə layihələrin uğurlu həyata keçməsinə toxunan Mixail Saakaşvili Bakı-Tiflis-Qars dəmiryol xəttinin tikintisini xüsusi vurğulayıb. O deyib ki, bu lahiyə regionda geosiyasi transformasiyanın olmasına şahidlik edir: ?Çünki tamamilə yeni strateji əlaqə nəinki Gürcüstan, Azərbaycan və Türkiyə, eləcə də Mərkəzi Asiya, Çin və Avropa arasında da yaranır?. Əslində ?İpək yolu?nun müasir variantı yaradılır. Bu layihə şübhəsiz, bizim ölkələrin uğurlu uzunmüddətli inkişafına təminat verir. Bizim münasibətlərimiz adi əlaqə deyil, bu, daha artıq bir şeydir. Azərbaycan və Gürcütan uzun illər ərzində dost ölkələrdir. Saakaşvili "The Business Year" - "The Business Year - Azerbaijan 2011" jurnalının xüsusi buraxılışında Azərbaycan-Gürcüstan dostluğunun böyük tarixə malik olduğunu və vaxtı ikən böyük sınaqlardan keçdiyini xatırladıb: ?2008-ci ilin yanvar ayında indiyə kimi məlum olmayan məsələlərə görə Gürcüstan işıqsız və qazsız qalanda həmin soyuq qışda gürcü xalqına Azərbaycan yardım etdi. Baxmayaraq ki, həmin dövrdə Azərbaycan öz əhalisinə verdiyi qazı azaltmalı olmuşdu. Gürcüstan Azərbaycan xaqlının bu yardımını heç vaxt unutmayacaq. Biz bu yardımı heç vaxt unutmayacağıq, çünki Azərbaycan gürcülərin ən çətin vaxtında onlara kömək edib. Bu, nəinki strateji tərəfdaşlığın nəticəsidir, bu həm də bizim qardaşlığımızın nişanəsidir. Həqiqətdə, biz konfederativ əlaqələrin əsasını qoymuşuq. Bizim ölkələrimiz arasında heç bir problem yoxdur?. ANS

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA