Sarkisyan Türkiyəyə qarzı torpaq iddialarını yenə dilə gətirdi

img

26-07-2011 [11:46]


Ermənistan prezidenti Serj Sarkisyan şok iddia ilə çıxış edib. Sarkisyan Türkiyənin şərqindəki Ağrı dağı ərazilərinin geri alınmasını ölkə gənclərinə hədəf göstərib. Ötən gün Ermənistanda keçirilən erməni dili və ədəbiyyatı müsabiqəsində şagirdlərdən birinin ?Qərb torpaqlarımızı Ağrı dağıyla birlikdə geri ala biləcəyikmi?? sualına Sarkisyan boyundan böyük cavab verib: ?Bu sizə bağlıdır. Bizim dövrün insanları öz öhdəliklərini layiqincə yerinə yetirərək 1990-cı illərdən sonra vətənimizin parçası olan Qarabağı düşmən əlindən xilas etdi. Hər nəsllin öz vəzifəsi var. Sizin də gələcəkdə öz vəzifələrinizi yerinə yetirib yetirməyəcəyiniz birlik və bütovlüyünüzə bağlıdır. Biz erməni milləti həmişə səməndər quşu kimi öz külümüzdən dirilməyi bacarmışıq. Amma qeyd etməliyəm ki, bu gün dünyada ölkələrin etibarı onların ərazisi ilə ölçülmür. Ermənistan müasir, təhlükəsiz və uğurlu iqtisadiyyatı olan ölkə olsa etibarı da o qədər yuxarı olacaq?. Bu sözləri ilə Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistan lideri Türkiyəyə qarşı da ərazi iddialarını növbəti dəfə dilə gətirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA