Metyu Brayza: ?Dağlıq Qarabağ münaqizəsinin həlli üçün məndən asılı olan hər zeyi edəcəm?

img

06-07-2011 [03:59]


Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin elan edilməsinin 235-ci ildönümü ilə əlaqədar, bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib. ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə tədbirdə çıxış edib. Bu müddətin ABŞ üçün uzun bir tarixi dövr olduğunu qeyd edən səfir deyib ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında çoxtərəfli əlaqələr və strateji tərəfdaşlıq münasibətləri var. Diplomat vurğulayıb ki, Birləşmiş Ştatların səfirliyi Azərbaycanın vətəndaş cəmiyyəti, bu ölkədə müxtəlif dinlərin nümayəndələri və media qurumları ilə sıx əməkdaşlıq edir. O, tədbir iştirakçılarını əmin edib ki, Dağlıq Qarabağ münaqişəsinin qəti həll olunması üçün ondan asılı olan hər şeyi edəcək. Azərbaycanın maliyyə naziri Samir Şərifov rəsmi qəbulun iştirakçılarını Azərbaycan hökuməti adından təbrik edib, Amerika xalqına sülh və firavanlıq arzularını çatdırıb. O, qeyd edib ki, energetika, humanitar sahələrdə və təhlükəsizlik məsələlərində Azərbaycan-Amerika münasibətləri strateji xarakter kəsb edir: ?Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycan-Amerika əlaqələrinin daha da genişlənməsinə, demokratiyanın inkişafına və terrorizmə qarşı mübarizədə səylərin artırılmasına böyük töhfə verib?. Samir Şərifov Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq xatırladıb ki, ölkəmizin ərazisinin 20 faizi hələ də işğal altındadır. Nazir bu münaqişənin həllində ABŞ-ın və bütövlükdə beynəlxalq birliyin səylərini fəallaşdırmağın zəruri olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA