ATƏT sədri həmsədrlərlə Dağlıq Qarabağ münaqizəsini müzakirə edib

img

13-07-2011 [04:18]


gn=left]2010/atet_bayraq_288477485.jpg[/libt] ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Minsk qrupunun həmsədrləri - Bernar Fasye, Robert Bradtke və İqor Popovla görüşüb. Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Görüşdə A. Ajubalis ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yolunda səylərini dəstəklədiyini və danışıqlarda irəliləyişə nail olunduğunu bildirib. Minsk qrupunun həmsədrləri öz növbələrində A. Ajubalisi iyunun 24-də Rusiyanın Kazan şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə baş tutan üçtərəfli görüş haqqında məlumatlandırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA