Ərdoğan bu gün Azərbaycana gəlir

img

27-07-2011 [12:07]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfərə gəlir. Səfər zamanı Ərdoğanın prezident İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqları olacaq. Danışıqlar zamanı ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Türkiyə baş nazirinin tanınmamış Şimali Kipr Türkiyə Respublikasına səfərini nəzərə almasaq, Azərbaycan onun təkrarən baş nazir seçilməsindən sonra səfər edəcəyi ilk xarici ölkə olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA