Barak Obamanın ölüm xəbəri yayılıb

img

04-07-2011 [06:40]


Naməlum şəxs ABŞ-ın ?Fox Nevs? telekanalının siyasət şöbəsinin rəsmi ?Tvitter? shifəsini ələ keçirərək orada prezident Barak Obamanın öldürüldüyü barədə məlumat yerləşdirib. Gecə saatlarında telekanalın foxnevspolitics səhifəsi özünün 33 minlik oxucularına Barak Obamanın öldürülməsinin təfərüatlarını məlumat verməyə başlayıb. ?Barak Obama indicə aramızdan getdi. Prezident qətlə yetirilib. İyulun 4-ü üçün bu çox kədərli məlumatdır?-deyə yazılarda deyilib. Daha sonra məlumatda deyilib ki, odlu silahdan yaralanan prezident çoxlu qan itirdiyinə görə, vəfat edib. Guya, naməlum şəxs ?Ross? restoranında prezidentə iki dəfə silahdan atəş açıb. Bundan sonra rəsmi ?Tvitter? səhifəsini ələ keçirən naməlum şəxs Obamanın ailəsinə başsağlığı verib. Qeyd edək ki, dünyada minlərlə mikrobloq istifadəçisi bu provaksiyaya uyaraq məlumatı paylaşıblar. Telekanalın rəsmi ?Tvitter? səhifəsində hələ də bununla bağlı hər hansı aydınlıq gətirilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA