Medvedev Qarabağ danızıqlarının gələcəyi ilə bağlı məktub yazıb

img

02-07-2011 [03:44]


Rusiya prezidenti Dmitri Medvedev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlar prosesinin gələcək inkişafı ilə bağlı fikirlərini yazılı sürətdə bildirib. Ermənistan prezidenti Serj Sarkisyan Kiyevdə ukraynalı həmkarı ilə birlikdə mətbuat konfransında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bu yaxınlarda Kazan şəhərində üçtərəfli görüşünün nəticələri barədə danışarkən bildirib ki, Rusiya prezidenti Dmitri Medvedev iyunun 30-u telefonla bildirib ki, öz fikirlərini yazılı formada göndərib. Bu barədə RBK-Ukrayna agentliyi məlumat yayıb. Ukrayna nəşri məktubun Azərbaycan tərəfinə də ünvanlanması barədə məlumat verməyib. Eyni zamanda "Azadlıq" radisounun Ermənistan bürosunun məlumatına görə, məktub münaqişə üzrə hər iki tərəfə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA