Obamadan müsəlmanlara Ramazan ayı sovqatı

img

02-08-2011 [11:42]


ABŞ prezidenti Barak Obama Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarına ən yaxşı arzularını çatdırıb, bu vəsiləylə Afrikada aclıq qurbanlarına yardım etmənin vacibliyini vurğulayıb. Obama yayımladığı təbrik məsajında ramazan ayının böyük bir təfəkkür və fədakarlıq dövrü olduğunu bildirib: ?Ramazan eyni zamanda vəziyyəti pis olanlara yardım etməyin əhəmiyyətini xatırlatma fürsətidir. Somali və Afrika Buynuzu ərazisində aclığa qarşı yaşamaq mübarizəsi aparan ailələr və onların uşaqları barədə xəbərlər və foto-şəkillər hamımıza insan olduğumuzu və hansısa bir addımı atmalı olduğumu xatırladır?. Obama daha qorxulu bir fəlakətin qarşısını almaq üçün xalqların və millətlərin bu istiqamətdə göstərilən səylərə dəstək verərək birlikdə hərəkət etmək vaxtının gəldiyini deyib: ?Belə hadisələr İslam dini də olmaqla bütün böyük inancların ?Özünüz üçün istəmədiyinizi başqalarına da arzulamayın? ? prinsipini xatırladır?. Bütün dünya müsəlmanlarına əmin-amanlıq dolu ramazan arzuladığını deyən Barak Obama keçən il olduğu kimi bu il də ramazan ayının axırında Ağ evdə veriləcək iftar ziyafətində iştirak edəcəyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA