BMT Baz Assambleyası gürcü qaçqınlarla bağlı qətnamə qəbul etdi

img

30-06-2011 [10:56]


BMT-nin Baş Assambleyası Abxaziya və Cənubi Osteiyadan olan qaçqınlarla bağlı qətnamə qəbul edib. Qurum gürcü qaçqınlara təçhlükəsiz şəkildə öz evlərinə qayıtmasını tələb edib. Rusiya qətnaməyə qarşı çıxıb və digər ölkələri də sənədə səs verməməyə çağırıb. Sənəddə Gürcüstandakı münaqişələrdən ziyan çəkən məcburi köçkünlər və qaçqınların mülkiyyət hüquqlarına riayət olunmasının vacibliyi vurğulanır. Qətnamədə demoqrafik vəziyyətin zorla dəyişdirilməsinin yolverilməzliyi də yer alıb. ?Abxaziya və Cənubi Osetiyadan köçkün və qaçqınlar barədə? qətnamə Gürcüstan tərəfindən bu ay hazırlanıb. Sənədin lehinə 57 ölkə səs verib. Rusiya da daxil olmaqla 13 ölkə isə qətnaməyə qarşı çıxıb. ?Bu qətnamə çox vacibdir. Çünki o Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı faktını və qaçqınların öz evlərinə qayıtmaq hüququnu bir daha təsdiqləyir?, - Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Koxa Lomaya bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Aleksandr Pankin isə Baş Assambleyadakı çıışında bəyan edib ki, qətnamə layihəsinin müəllifləri sənədi regiondakı müasir siyasi reallıqları nəzərə almadan hazırlayıblar. Onun sözlərinə görə, Gürcüstan tərəfi Abxaziya və Cənubi Osetiyanın ona məxsus olması tezisini yürütməyə çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA