Qənirə Pazayeva Türkiyədəki Dədə Qorqud Festivalında cixiz edib

img

18-07-2011 [01:30]


Türkiyənin Bayburt şəhərində 17-ci Beynəlxalq "Dədə Qorqud Mədəniyyət və Sənət Festifalının açılış mərasimi olub. Mərasim türk dünyasının müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin Masat kəndindəki "Dədə Qorqud" türbəsinə ziyarəti ilə başlayıb. Azərbaycanı bu festivalda millət vəkili Qənirə Paşayeva və Mahmud Kaşqari Fondunun icraçı direktoru, şair Elxan Zal təmsil edib. Türbənin ziyarətindən sonra açılış mərasimi düzənlənib. Mərasimdə çıxış edən Qənirə Paşayeva bildirib ki, "mənim babalarım bu günü görməyi, bu günü yaşamağı çox gözləyiblər. Onlar həmişə Dədə Qorqud övladlarının bir araya gəlməsini arzulayıblar. Şükürlər olsun ki, onların arzularını bu gün bizlər, onların nəvələri həyata keçirə bilirik və həmişə türk qövmünə öz müdrikliyi ilə yol göstərən bir ulu şəxsiyyətin məzarı başında bir araya gəlmişik. Ortaq Atamız Dədə Qorqudun səmalardan izlədiyi bu mərasim iştirakçılarını qucaqlayır və Azərbaycan xalqının salam və sevgilərini sizə çatdırıram ?. Millət vəkili tədbir iştirakçılarına Azərbaycan həqiqətləri, Azərbaycan dövlətinin Türk dövlət və xalqlarının, diasporlarının birliyi istiqamətində gördüyü işlər barədə də məlumatlar verib. Festivalın növbəti proqramı ümumxalq yürüşü olub. Yürüş bitəndən sonra geniş konsert proqramı düzənlənib. Konsertdə Azərbaycandan, Bosniyadan, Kosovodan, Gürcüstandan, Elazığdan gələn rəqs ansamblları çıxış ediblər. Konsertin yekununda türk birliyini simvolizə edən hava şarlarının uçurulması mərasimi keçirilib və bu mərasimin icrası Bayburt valisi Kərəm Al tərəfindən Qənirə Paşayevaya həvalə edilib. Bu tədbirə qatılmış çoxsaylı insanlar da Azərbaycana öz sevgilərini alqışlarla ifadə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA