ATƏT Parlament Assambleyasının 20-ci sessiyası keçiriləcək

img

29-06-2011 [11:29]


İyulun 6-dan 10-na kimi Serbiyanın paytaxtı Belqradda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının 20-ci sessiyası keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Heyətə Eldar İbrahimov, Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev və Ağalar Vəliyev daxil olacaq. Sessiyanın əsas mövzusu ?ATƏT-in effektivliyinin fəaliyyət qabiliyyətinin möhkəmləndirilməsi: Astana sammitindən sonra yeni başlanğıc? olacaq. Sessiya çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik Komitəsi , İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit Komitəsi, İnsan haqları və humanitar məsələlər Komitəsinin iclasları keçiriləcək. Sessiyada üzv ölkələrdən 250-dən çox parlamentar iştirak edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA