Yəmən prezidentinin öldürüldüyü xəbəri yayıldı

img

03-06-2011 [05:59]


[b]Yəmən rəsmiləri isə prezident Əli Abdulla Salehin sağ olduğunu bəyanlayıblar[/b] Yəmən prezidenti Əli Abdulla Salehin öldürüldüyü barədə xəbərlər yayıb. Bu barədə məlumatı "Reuters" agentliyi yayıb. Məlumata görə, Ə.A.Saleh prezident sarayı ərazisindəki məscidin atəşə tutulması nəticəsində həlak olub. Lakin bu xəbər hələ təsdiqini tapmayıb. İqtidardakı Baş Xalq Konqresi Partiyasının sözcüsü Tarık Şami məsciddə namaz qılan bir çox siyasətçinin hücum zamanı yaralandığını bildirib. Yerli müxalifət televiziya kanalı isə prezidentin yaralandığını, onun 4 mühafizəcisinin öldüyünü bildirib. Yəmənin Ümumxalq Konqresinin rəhbərlərindən biri Yasir əl-Əmani bəyan edib ki, Yəmən prezidenti Əli Abdulla Saleh sağdır. O bildirib ki, prezident sağ-salamatdır və bir qədər sonra mətbuat konfransı keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA