Türkiyə Livandakı BMT qüvvələrini qınayıb

img

31-05-2011 [03:41]


Türkiyə Livanda BMT Müvəqqəti Xidmət Qüvvələrinə (UNİFİL) bağlı İtaliya birliyinə məxsus bir avtomobilə edilən hücumu qınayıb. Xarici İşlər Nazirliyindən verilən məlumatda Livanda yaşanan acı təcrübələrdən sonra 2006-cı ildə Türkiyənin də iştirakıyla qurulan xidmət qüvvələrinin bu günə qədər vəzifəsini böyük bir fədakarlıq və müvəffəqiyyətlə yerinə yetirdiyi bildirilib. Açıqlamada Livan və ətrafında sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında da bu qüvvələrin önəmli rol oynadığı vurğulanıb. "UNİFİL ilə birlikdə Livanın sabitliyini də hədəfə alan bu xain hücum heç bir şəkildə qəbul edilə bilməz" sözlərinə yer verilən açıqlamada Türkiyənin bu qüvvələrə qatılan digər beynəlxalq partnyorları ilə birlikdə Livanda sabitlik və sülhün qoruması üçün əlindən gələni edəcəyi qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA