AŞPA-nın yay sessiyası öz izinə bazlayıb

img

20-06-2011 [04:08]


Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlamışdır. İyunun 24-dək davam edəcək sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropa Şurasının 2012-2013-cü illər üçün büdcəsi, Avropada sığınacaq axtaran şəxslərin və qaçqınların vəziyyəti, insan hüquqlarının durumu, AŞPA-da islahatlar, gənclər arasında işsizliyin kəskin artımının qarşısının alınması, Tunisdə vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Sessiyada Ukrayna, Fələstin və Ermənistan prezidentlərinin çıxışları dinləniləcək, onlara suallar veriləcəkdir. İclaslarda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA