isveçdəki soydazımızın yaxınlarına təzyiqlər dayanmır

img

28-06-2011 [06:52]


çin paytaxtı Stokolmda mühacir həyatı yaşayan, İctimai Palatanın yerli təşkilatının qurucusu Telman Verdiyev Bakıdakı yaxınlarına son vaxtlar təzyiqlər edilir. Bu barədə ?Bizim Yol?a açıqlama verən Verdiyevin yaxınları bildirib ki, onların evinə bir neçə dəfə polis gəlib və əsas səbəb kimi onun İsveçdə buraxdırdığı ?Azərbaycanda demokratiya dərsləri: ?1918-2003-cü illər? kitabı və İctimai Palata ilə bağlı təbliğatı işləridir. Ancaq yaxınları bildirib ki, Telman Verdiyevin siyasi fəaliyyətinin onlara heç bir aidiyyatı yoxdur: ?Bizə deyirlər ki, o, İctimai Palata ilə bağlı çıxışlarını dayandırsın, halbuki hər bir şəxs özünə cavabdehdir. Necə ki, 2005-ci ildən Azərbaycanı tərk edən Telman Verdiyevin siyasi fəaliyyətinə yalnız özü cavabdehdir. Əgər bu təzyiqlər davam edəcəksə, respublika prezidentinə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA