Azərbaycanla ispaniya arasında saziz imzalanıb

img

17-06-2011 [11:24]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində iyunun 16-da İspaniyanın xarici işlər və əməkdaşlıq naziri, xanım Trinidad Ximenez ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov İspaniyaya ilk rəsmi səfərə dəvətə görə təşəkkürünü bildirmiş, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib. Xanım Ximenez, öz növbəsində, İspaniya şirkətlərinin enerji, eləcə də digər sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Tərəflər iki dövlət arasında müqavilə-hüquq bazasının gücləndirilməsi, yaxın zamanlarda Azərbaycanda hər iki ölkənin şirkətlərinin iştirakı ilə biznes forumun keçirilməsi barədə razılığına gəliblər. Daha sonra E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə ətraflı məlumat verib. Görüşdə son zamanlar Şimali Afrika və Yaxın Şərqdə baş verən proseslər barədə fikir mübadiləsi aparılıb. Görüşün sonunda E. Məmmədyarov xanım Ximenezi rəsmi səfərlə Azərbaycana dəvət edib, xanım Ximenez dəvəti qəbul etdiyini, cari ilin sonunadək səfər edəcəyini bildirib. Görüşdən sonra ?Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik pasportlara malik olan şəxslərin qısa müddətli vizadan azad edilməsi? haqqında saziş imzalanıb. Həmin gün Nazir E. Məmmədyarov İspaniya Deputatlar Konqresinin xarici əlaqələr üzrə komissiyasının prezidenti Duran ye Lleida və komissiyanın üzvləri ilə də görüşüb. Görüşdə iştirak edən deputatlardan bir neçəsi NATO Parlament Assambleyasının üzvləri qismində Azərbaycanda səfərdə olduqlarını, Azərbaycanın yüksək templə inkişaf etdiyinin şahidi olduqlarını qeyd ediblər. Onlar Azərbaycanla yalnız enerji deyil, digər sahələr üzrə də əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Daha sonra E. Məmmədyarov deputatları maraqlandıran sualları cavablandırıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqlar barədə geniş məlumat verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA