Elmar Məmmədyarov Riçard Morninqstarı qəbul edib

img

08-06-2011 [11:20]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən ABŞ Dövlət Katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, Bakıda keçirilən ənənəvi Xəzər neft-qaz sərgisində iştirak etməsindən məmnun olduğunu bildirən qonaq, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında regionda gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyətini və onların perspektivlərini yüksək qiymətləndirib. Məmmədyarov öz növbəsində Azərbaycanın həyata keçirdiyi enerji strategiyasının uğurları barədə danışaraq bu xüsusda Azərbaycanın Avropanın enerjidaşıyıclarla təchizində maraqlı olduğunu qeyd edib. Görüşdə həmçinin qlobal enerji məsələləri, regiondakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA