ADU-nun rektoru amerikalı tələbələrlə görüzdü

img

13-06-2011 [12:43]


Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov 11 nəfərdən ibarət bir qrup ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-ya gələn tələbələrlə görüşüb. Rektor tələbələri salamlayaraq onları ADU-da görməkdən məmnun olduğunu bildirib. Onlara universitetin tarixi haqqında məlumat verən Səməd Seyidov ADU-da 5000 tələbənin təhsil aldığını, eyni zamanda, ADU-da həm azərbaycanlı, həm də xarici tələbələrin istifadə edə biləcəyi Amerika mərkəzinin də fəaliyyət göstərdiyini deyib. Rektor amerikalı tələbələrə Azərbaycanın tarixi, coğrafiyası haqqında məlumat verib, Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb. Millət vəkili tələbələrə 8 həftə ərzində Azərbaycanın həm tarixi, həm coğrafiyası, həm iqtisadiyyatı, həmçinin mədəniyyəti, incəsənəti , musiqisi, hətta mətbəxi haqqında biliklərə sahib olacaqlarını vurğulayıb. Öz ölkələrinə qayıtdıqları zaman Azərbaycan haqqında öz yaxınlarına və dostlarına Azərbaycan, Azərbaycanın milli mənəvi dəyərləri, qədim və zəngin tarixi haqda məlumat verəcəklərinə əminliyini ifadə edib. Qeyd edək ki, görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova və Azərbaycan dilçiliyi kafedrasının müəllimi Səbinə Əliyeva , Təlimdə innovasiyalar və Əlavə təhsil kafedrasının müəllimi Vəfa Yunusova və İngilis dili üzrə tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müəllimi Fialə Abdullayeva iştirak edib. Onlar amerikalı tələbələrə 8 həftə ərzində koordinatorluq edəcəklər. Xatırladaq ki, bu ilin Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrində bilən tələbələr daxildir. Proqrama ev sahibliyini Azərbaycan Dillər Universiteti edəcək. Proqram həftədə azı 20 saat olmaqla qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edir. İştirakçılar Azərbaycan dilində sərbəst danışıq inkişaf etdirəcəklər və ?dil yaşıdları?na (ev sahibi ölkənin universitet tələbələrinə) ailələrlə birgə yaşamaqla Azərbaycanın zəngin mədəniyyəti haqqında daha çox öyrənəcəklər. ÖDS iştirakçıları təqaüd proqramından sonra da dili öyrənməyə davam edəcəklər və önəmli dil vərdişlərini öz gələcək professional karyeralarında tətbiq edəcəklər. Bu ilki Önəmli Dil Tələbələri Azərbaycan dili də daxil olmaqla 14 prioritet dili öyrənən 575 ABŞ bakalavr və magistr tələbələrinin arasındadırlar. Onlar meyarlı seçim prosesində 5200 ərizəçi arasından seçiliblər. ABŞ Dövlət Departamenti bu proqramı amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədi ilə 2006-cı ildə başladıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR