Prezident ilham Əliyevin Sloveniya səfəri bazlayıb

img

09-06-2011 [10:47]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Serbiya səfərini yekunlaşdıraraq Sloveniya Respublikasına rəsmi səfərə gedib. Azərbaycan Prezidentini Sloveniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Brdo qəsrinin önündə Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Sloveniya Prezidenti Danilo Türk Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Sloveniyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Sloveniyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Danilo Türkə təqdim olunub. Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA